Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO

Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, o, 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm ("Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim ("Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz ("Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər ("Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi ("Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen ("Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi ("Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli ("Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər ("Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə ("Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən ("Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis ("Talelər qovuşanda”, R. Hacıyev), Polis ("Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi ("Bir günlük siğə”, S. Fərəcov), Jevakin ("Evlənmə”, N.V. Qoqol), Molla Salman ("Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi ("Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər ("Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis ("Şeytanın yubileyi”, O. Rəcəbov), Axund ("Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Qeyd edək ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Azərbaycan mədəniyyətinə daha bir İTKİ: Məşhur aktyorumuz vəfat etdi - FOTO

OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...