“Rəhbərliyə 10 yox, 24 milyon vermişəm”

“Rəhbərliyə 10 yox, 24 milyon vermişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamadan öncə V.Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum edib.
Sabiq aparat rəhbərinin vəkili məhkəmə prosesindən yazan media əhlini "şərəfsiz”, "əxlaqsız” adlandırıb.
E.Süleymanov müdafiə etdiyi şəxs barəsində tərtib olunan ittiham aktına istinadən məlumat yayılmamasını istəyib və jurnalistlərə əl qaldırmağa cəhd edib.
Digər vəkillərin və məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə vəkil E.Süleymanov oradan uzaqlaşdırılıb.
Bundan sonra məhkəmə prosesi başlayıb, dövlət ittihamçısı Fərid Nağıyev sabiq aparat rəhbəri V.Zeynalovun vəkilinin yayılmasını istəmədiyi ittiham aktını elan edib.
***
Prosesdə Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilməyiblər. Beytulla Hüseynov dövlətə vurduğu ziyanın 2,8 milyon manat olduğunu və bunu ödəmək istədiyini deyib:
"Biz rəhbərliklə razılığa gəlmişdik ki, qazancın 80 faizi onlara, qalanı bizə verilsin. Bizə qalan puldan da 6 faiz qovşaqlara, 4 faiz paket verirdik. Avropa Oyunları zamanı "Azəryolservis”in sifarişi ilə gördüyümüz işlərə görə ödəməli olduqları puldan 4,6 milyon manatını hələ də almamışıq. Mən o vaxtı rəhbərliyə 10 yox, 24 milyon manat vermişəm”.
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...