Bu xəbərə DİQQƏT! 2 ən çox istifadə olunan avtobusun hərəkət istiqaməti dəyişdirildi

Bu xəbərə DİQQƏT! 2 ən çox istifadə olunan avtobusun hərəkət istiqaməti dəyişdirildi
Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

  Bakı Nəqliyyat Agentliyindən (BNA) milli.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 2 nömrəli marşrutun hərəkət trayektoriyası noyabrın 30-dan dəyişdirilərək Ziya Bünyadov prospekti 36 ünvanı, Daxili İşlər Nazirliyinin (DİN) Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazilər təyin edilib.

Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Məlum dəyişikliyin digər səbəbi isə sərnişin axınının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.

Bu xəbərə DİQQƏT! 2 avtobusun hərəkət istiqaməti dəyişdirildi

7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə, Abbas Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy Haqverdiyevə küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi - Əhməd Cəmil - Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Dəyişikliyə səbəb bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...