Surət Hüseynov neft biznesinə başlayıb?

Surət Hüseynov neft biznesinə başlayıb?

Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlara əsasən, Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur.

Azadliq.org-un yaydığı xəbərə görə, bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş baş nazirinin şəxsi məlumatları ilə eynidir.

"Detaş Dış Ticaret Anonim Şirketi"nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik "Detaş Dış Ticaret Anonim Şirketi" Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.

Sabiq baş nazir Hüseynov Surət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.

Surət Hüseynov 2016-cı ilin fevralın 5-də "Detaş Dış Ticaret Anonim Şirketi"nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmut Celal Derinkökü əvəzləyib.

Türkiyənin dövlət orqanları reyesterində "Detaş Dış Ticaret Anonim Şirket"inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdi alınmayıb.

Surət Hüseynov 1993-cü il iyunun Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsində aparıcı rol aldıqdan sonra mərhum prezident Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.

Bir il sönra - 1994-cü iliin oktyabrın 7-də vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qəti imkan tədbiri seçilməsinə razılıq verilməsi və "Milli Qəhrəman" adından məhrum edilməsi barədə qərar qəbul edib.

Bu qərardan sonra o, Rusiyaya qaçsa da, həbs olunaraq Azərbaycana ekstradisiya edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. O zamandan bəri mətbuatda Hüseynovun Rusiyada və Dubayda bizneslə məşğul olduğuna dair məlumatlar yer alırdı. Amma hələlik nə onun özü, nə də yaxınları ilə əlaqə saxlayıb Türkiyədəki biznesinə dair suallarımıza aydınlıq gətirə bilməmişik.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...