Qulinin çaparlarına etiraz edən Marqaritanın qapısına ölü balıq asdılar
Moskvanın kriminal eksperti Georgi Çikaberidze bildirib ki, Nadir Səlifovbaşqa azərbaycanlı "qanuni oğru”nun yerini tutmaq istəyir.
Bazar ertəsi kriminal mühitdə "Loti Quli” kimi məşhur olan Nadir Səlifovun Gürcüstana ekstradisiya ediləcəyi xəbəri yayılıb.
Oxu.Az Sputnik-Azərbaycana istinadən xəbər verir ki, Səlifovun vəkili – Təranə Əliyeva bəyan edib ki, müvəkkilinin ekstradisiyası haqqında şayiələr vaxtından əvvəl yayılıb.
"Biz, əlbəttə ki, Səlifovun Gürcüstana ekstradisiyasına çalışırıq, belə ki, o həmin ölkənin vətəndaşıdır, amma hüquq-mühafizə orqanlarından hələlik razılıq almamışıq”, - vəkil qeyd edib.
Xatırladaq ki, gürcü hüquq-mühafizə orqanları, bu günə qədər Bakı koloniyasında 22 il məhbus olan Səlifovu, Gürcüstan vətəndaşı olduğunu təsdiq ediblər və hazırda "qanuni oğrunun” mümkün ekstradisiya məsələsi həll olunur.
Qeyd edək ki, Səlifovun adı "qanuni oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldükdən sonra yenidən hallanmağa balayıb.
Bu yaxınlarda Moskvada Səlifovun adı ilə bağlı hadisə baş verib. İddia edilir ki, Lotu Qulinin adamları "Yevropeyski” (TM sahibi əslən Tovuzdan olan milyonçu İlham Rəhimovdur) gül yarmarkasında işləyən insanları özlərinə tabe etməyə çalışıblar, bu barədə kriminal ekspert Georgi Çikaberidze bildirib.
Onun sözlərinə görə, daha öncə gül yarmarkası 32 yaşlı "qanuni oğru” Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Taleh Daqliyevin (Tolik Naqinski) nəzarəti altında idi, amma bu ilin sentyabrında onu "Naş dvor” restoranında həbs ediblər. Şəxsi baxış zamanı onun üzərindən "spays” adlanan çəkmək üçün qatışıq aşkar edilib. Naqinski qısa müddətə həbs edilib. Bunu bilən Səlifov yeni sahib barədə xəbərin çatdırılması üçün yarmarkaya öz çaparlarını göndərib.
"Alverçilərin bir hissəsi Səlifova pay ödəməyə dərhal razılaşıblar, amma Marqarita adlı gülsatan qadın bu pulu ödəməkdən boyun qaçırıb və onlara müharibə elan edib. Sentyabrda Marqaritanın yanına iki nəfər: azərbaycanlı və tacik gəlib. Onlar bundan sonra qadına əgər dükanında yanğın və buna bənzər xoşagəlməz hadisələrin baş verməsini istəmirsə hər ay əldə etdiyi gəlirindən pay ödəməli olduğunu bildiriblər. O, bu təklifə rədd cavabı verib. Bir müddət sonra naməlum şəxslər Marqaritanın qapısından iylənmiş balıq asıblar. Qadın bunu qarşılaşacağı xoşagəlməz hadisələrə dair xəbərdarlıq olduğunu anlayıb. Marqarita qızı ilə tək yaşayır. Yeganə övladının həyatı üçün narahat olan ana qızını qohumlarının evində gizlədir. Amma sözündən dönmür”, - ekspert bildirib.
Çikaberidzenin sözlərinə görə, daha sonra cinayətkarlar özlərini RF-nin Federal təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək qadına saxta sənəd və silah göstəriblər. O zaman qadın FTX şikayət ərizəsi ilə müraciət edib.
FTX əməkdaşları tez bir zamanda cinayətkarları saxlayıblar. Profilaktik söhbətdən sonra onlar buraxlıblar. Marqarita isə FTX əməkdaşları arasında özünə dost tapmış olub. Ekspertin sözlərinə görə, Nadir Səlifovun özü, hətta digər "qanuni oğrular” da güclənmiş çeçen "qanuni oğru” 1975-ci il təvəllüdlü "Şeyx Həmzət” adı ilə tanınan Həmzət Qastamirovun klanı ilə dostlaşmağa can atıb.
Çikaberidze qeyd edib ki, "yevropeyski obşak”ın Şeyx Həmzətin nəzarətinə veriləcəyi ilk dəfə Ermənistanda Rusiya mafiyasının "xaç atası” Zaxari Kalaşov (Şakro Molodoy) tərəfindən bəyan edilib. Daha sonra Şakro Moldoyun öz təssərrüfatının da Şeyx Həmzətin sərəncamına verildiyi elan edildi. Bu, Şakro həbs olunduqdan sonra baş verib.
Amma oğru dünyasında daha böyük güc əldə edən Şeyx Həmzət hər kəsi özünə yaxın buraxmır və hamını uzun müddət nəzərdən keçirir.