Gürcüstan parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Gürcüstan parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

 

Sfera.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyub.

 

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


OXŞAR XƏBƏRLƏR

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

İdeal mübarizə metodu mümkün deyil   Son günlərin əsas mövzusu qanunsuz şirkətlərdə mərc edən adamların pullarını ala bilməməsidir. Dövlət ...

Seyfulla Əzimov Milli Məclisdə HESABAT VERDİ

Milli Məclisin bugünkü plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki...

Rüstəm Talışinskiyə yüksək VƏZİFƏ VERİLDİ

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktoru vəzifəsinə təyinat olub.   Sfera.az xəbər verir ki, bu bar...

BMT-dən Zelenski ilə bağlı VACİB AÇIQLAMA: “Səlahiyyət müddəti bitsə də...” 

BMT Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı açıqlama yayıb.   Sfera.az bildirir ki, qurum Ukrayna liderini səlahiyyət müddəti bitdikdən sonr...

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir

Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanı yaratmağa davam edir. Xəbər verdiyimiz kimi bu xidmətdən faydalanmaqla...

Milli Məclisin iclası keçirilir - Gündəlikdə 11 məsələ var

Milli Məclisin növbəti iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil e...