Avropada GƏRGİNLİK ARTIR: “Makron bu sözləri ilə Olafı qəzəbləndirdi” - Alman nazirdən SƏRT CAVAB

Avropada GƏRGİNLİK ARTIR: “Makron bu sözləri ilə Olafı qəzəbləndirdi” - Alman nazirdən SƏRT CAVAB

Almaniya və Fransa arasında gərginlik davam edir.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şolz arasında hələ də “soyuq küləklər əsir”. Son günlər liderlərin fikirləri də üst-üstə düşmür. Belə ki, Makronun Praqaya səfəri zamanı irəli sürdüyü “Ukraynaya qoşun yeritmək” ideyası xüsusilə Almaniyanı narahat edib. Fransa lideri Almaniyanın etirazına qarşılıq olaraq, “Avropa qorxmamalıdır” cavabını verib. Bu, Berlində “təhqir” kimi qəbul edilib və Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona “Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur”, - bildirib.

 

Ekspertlərin fikrincə, 1945-ci ildən bəri Fransa-Almaniya münasibətləri Avropanın bütövlüyü və gücü üçün həyati əhəmiyyət kəsb edir, lakin iki lider Ukrayna müharibəsində ortaq mövqe tutmaq əvəzinə, mübahisə etməyə başlayıblar.

 

ABŞ-nin “New York Times” qəzetində dərc olunan təhlilə görə, Makronun “Ukraynaya Qərb qoşunları göndərilə bilər” açıqlaması Olaf Şolzu qəzəbləndirib.

 

“Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya uzaqmənzilli raketlər verməkdən imtina edir. Fransadan fərqli olaraq nüvə silahı olmayan Almaniyada əksəriyyət Makronun Berlinin müharibə ilə bağlı tarixi həssaslığına və strateji zəifliyinə məhəl qoymadığı qənaətindədir. Almaniya kansleri Şolz az qala Makronu danlayaraq, Ukraynaya Avropa və NATO ölkələrindən hərbçi göndərilməyəcəyini desə də, Fransa lideri ötən gün “odun üzərinə benzin töküb”. O, ölkədəki müxalifət partiyalarının liderləri ilə görüşündə “Rusiya ordusu Kiyev və ya Odessaya hücum edəcəyi təqdirdə, Fransa ordusu bura birbaşa müdaxilə etməli ola bilər”, deyib”, - nəşr vurğulayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...

İnsan beyninin heç vaxt məlum olmayan detalları ortaya çıxdı

İnsan beyninin kiçik bir parçası əvvəllər görülməmiş şəkildə daha ətraflı şəkildə yenidən araşdırılıb. Sfera.az xəbər verir ki, alimlər bu kiçik nümunədə...

Mbappe PSJ-dən ayrılır – Özü açıqladı

Fransalı ulduz futbolçu Kilian Mbappe mövsümün sonunda PSJ-dən ayrılacaq.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə futbolçu ö...