Baş prokuror Suraxanıda vətəndaşları qəbul edəcək

Baş prokuror Suraxanıda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Suraxanı rayonunda vətəndaşları qəbul edəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev martın 15-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

 

Vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.


OXŞAR XƏBƏRLƏR

Ermənistan müxalifətindən NÖVBƏTİ ADDIM - Saat 18:30-da...

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan yenidən mitinq çağırışı edib.   Sfera.az bildirir ki, o...

Naxçıvanda iki gənc göldə boğularaq ÖLDÜ

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.    Sfera.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş veri...

Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi AÇILACAQ

Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətənd...

"Başqa çarə yoxdur, Rusiya ilə birgə nüvə silahları..." - Lukaşenkodan KRİTİK AÇIQLAMA

“Rusiya və Belarus iki ölkə ətrafında yaranan vəziyyətlə əlaqədar olaraq taktiki nüvə silahları ilə təlimlər keçirirlər”.   Sfera.az xəbə...

Bu ölkədə ildırım insanların qəniminə çevrilib: Bir ayda 43 nəfər öldü

Banqladeşdə əhali ildırım vurmasında əziyyət çəkir.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hər il çoxlu sayda insan ildırımın qurbanına çe...

Əhaliyə mühüm XƏBƏRDARLIQ! - Mayın 11-12-də...

Mayın 11-12-də maqnit qasırğası gözlənilir.   Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat ...