Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

İqtisadiyyat naziri Mikayıl Cabbarov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

 

Sfera.az xəbər verir ki, nazir “X” sosial şəbəkə hesabında yazıb:

 

“Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu Öndərin "Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır" fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”.

 

O bildirib ki, Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.


OXŞAR XƏBƏRLƏR