Ermənistan müxalifətindən NÖVBƏTİ ADDIM - Saat 18:30-da...

Ermənistan müxalifətindən NÖVBƏTİ ADDIM - Saat 18:30-da...

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan yenidən mitinq çağırışı edib.

 

Sfera.az bildirir ki, o, vətəndaşları saat 18:30-da İrəvanın mərkəzindəki Respublika meydanında milli mitinq üçün toplaşmağa səsləyib.

 

Bu barədə Baqrat meydanda çıxış edərkən deyib. Qeyd olunub ki, mitinqdən əvvəl hərəkatın nümayəndələri və onların tərəfdarları universitetlərə səfər edərək tələbələrlə görüşəcəklər.

 

Xatırladaq ki, mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.

 

Qeyd edək ki, etiraz hərəkatı aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR