“Mədəniyyətə könül ver, bizimlə öyrən" - FOTO

“Mədəniyyətə könül ver, bizimlə öyrən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsinə başlanılıb. Layihə çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri keçirilir. Təlimlər həm Bakı, həm də Gəncə şəhərində keçirilir.

 

Sfera.az xəbər verir ki, ilk təlimlər Azərbaycan Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov, Azərbaycan Texnologiya Universitetinin Dizayn Kafedrasının müəllimi Mobil Qarayev, qum sənətçisi Novruz Əhmədov tərəfindən keçirilib. Təlimlərin mövzuları “Azərbaycan kino tarixinə səyahət”, “Flashob necə qurulmalı”, “Qum sənətinin incəlikləri” olub.

 

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Bu silsilə tədbirlər gənclərin maariflənməsinə xidmət edəcək. Layihə çərçivəsidə fərqli sahələrin peşəkarları ilə görüşlər, könüllülüyün inkişafına xidmət göstərən təlimlər təşkil olunacaqdır.


OXŞAR XƏBƏRLƏR