Toydan 12 gün sonra gəlinin kişi olduğuni öyrəndi

Toydan 12 gün sonra gəlinin kişi olduğuni öyrəndi

Onlayn tanışlıq və tələsik evlilik 26 yaşlı indoneziyalı üçün yumşaq desək, böyük həngamə ilə sonlanıb. 

 

Sfera.az bildirir ki, toydan 12 gün bəy gəlinin əslində kişi olduğunu öyrənib.

 

Mətbuatda anonim saxlanılan, adının yalnız baş hərfləri verilən gənc A.K. məlum olan aldatma barədə polisə məlumat verib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına həyat yoldaşı ilə internetdə tanış olub, aralarında yazışma başladığını bildirib. Onun sözlərinə görə, ilk baxışdan qıza aşiq olub. Cütlük çox tez ümumi dil tapıb və görüşərək virtualdan çıxmaq qərarına gəlib. 

 

Tanış olduğu qız görüşəndə özünü bir qədər qəribə aparsa da, bir könüldən min könülə aşiq olan indoneziyalı buna heç əhəmiyyət verməyib.
A.K.-nın dediyinə görə, o zaman da sevgilisində müəyyən qəribəliklər görüb və bunu çox gec anlayıb. Belə ki, özünü Adinda Kanza Azzahra kimi təqdim edən 26 yaşlı qadın həmişə üzünü örtük və ya hicabla gizlətməyə çalışıb. Onun utancaqlığı gənc kişini daha da maraqlandırıb, buna görə də ona evlilik təklif etməsi çox çəkməyib. Adina razılaşsa da, anası vəfat etdiyi və atasını uzun müddət görmədiyi üçün toy istəmədiyini bildirib. Yəni onun həqiqətən də toya dəvət oluna biləcək ailə üzvləri və yaxın qohumları olmayıb. 


Cütlük Vanquncaya kəndində molla tərəfindən təşkil edilən sadə bir mərasim keçirməyə qərar verib. Bəy tərəfin cehiz cəmi beş qram qızıl olub.

 

Lakin toydan sonra da Adinda daim üzünü, hətta ərindən gizlədir, doğma kəndində ailəsi və dostları ilə ünsiyyətdən imtina edib.

 

A.K. arvadının qəribə davranışından qohumlarına şikayət edib və onlar gəlin haqqında daha çox öyrənmək qərarına gəliblər. Atasını tamamilə sağlam tapan qohumlar şoka düşüb. Məhz ata Adinanın əslində İndoneziya qəzetlərinin manşetlərində dələduzluğu ilə məşhur olan E.S. olduğunu açıqlayıb. 


Vəziyyətin acınacaqlı olmasına baxmayaraq, zərərçəkmiş aldatma ilə bağlı polisə müraciət edib.

 

“E. S. məqsədinin A.K-dan pul almaq olduğunu bildirib. Hər dəfə o, pul istədikdə A.K. ona pul verib”– hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərə bildiriblər.


İndi fırıldaqçı İndoneziya Cinayət Məcəlləsinin 378-ci maddəsi ilə ittiham olunur. Onu 4 ilə qədər həbs cəzası gözləyir. 

 

Bu toyun hekayəsi İndoneziya mediasında səs-küy doğurub.


26 yaşlı gəncin fırıldaqçının toruna necə düşdüyünə gəlincə, Cinayət Axtarış Şöbəsinin rəisi Rıdvan Taufik jurnalistlərə E.S-nin makiyaj sayəsində əsl qadına oxşadığını bildirib.

 

"Xüsusilə o, makiyajda olanda həqiqətən qadına oxşayırdı. Toy fotolarından onun həqiqətən qadına oxşadığını görmək olar. Onun səsi də qadın səsi kimi kifayət qədər həlimdir"- deyə polis əməkdaşı izah edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR