Deputat “Lider” TV-dəki işini itirdi

Deputat “Lider” TV-dəki işini itirdi

Milli Məclisin deputatı, məşhur telejurnalist, siyasi şərhçi Sahib Alıyev uzun illərdir çalışdığı "Lider” telekanalından çıxarılıb 

Bu barədə "Lider TV”-dəki mənbə məlumat verib. Xəbərdə bildirilir ki, Sahib Alıyevin işdən çıxarılmasını rəhbərlik maliyyə poblemlərinin yaranması ilə əsaslandırıb. 

İllərdir efirə öyrəşən və efirdən uzaq düşməsini heç cür qəbul edə bilməyən Sahib Alıyevin işdə saxlanması üçün çox cəhdlər etdiyi, hətta maaşsız işləməyə razı olduğu deyilir. Buna baxmayaraq telekanal rəhbərliyi qərarını dəyişməyib. Mənbənin dediyinə görə, S.Alıyevin hətta maaşdan imtina etməsinin vəziyyəti onun xeyirinə dəyişməməsi onun işdən çıxarılmasında başqa hansısa səbəbin olduğunu söyləməyə əsas verir.

Məlumatla bağlı Sahib Alıyevin özünə müraciət etsək də heç bir cavab əldə etmək mümkün olmadı.

Qeyd edək ki, Sahib Alıyev 10 ildən artıqdır "Lider TV”nin siyasi icmalçısıdır. Son illərdə o, "Lider TV”də efirə gedən "Səda-Həftə” proqramını aparıb. Siyasi şərhlərində iqtidarın mövqeyinin qatı müdafiəçisi, müxalifətin isə əleyhdarı kimi çıxışları ilə seçilib. 

2010-cu ildə 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərə bitərəf olaraq 95 saylı Tərtər seçki dairəsindən qatılıb və deputat mandatı qazanıb. 2015-ci ildə keçirilən parlament seçkilərində də eyni dairədən bitərəf namizəd kimi seçkiyə qatılıb. Bitərəf kimi seçkiyə qatılmasına baxmayaraq hakimiyyət məhz onu müdafiə edib. Sahib Alıyev ikinci dəfə deputat mandatı əldə edə bilib. 2010-cu ildən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olsa da Sahib Alıyev əvvəlki peşəsindən-siyasi icmalçı və jurnalistlik-dən kənara çəkilməyib. ("Yeni Müsavat”)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...