Elman Rüstəmovun daha bir səlahiyyəti əlindən alındı

Elman Rüstəmovun daha bir səlahiyyəti əlindən alındı
 
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nda dəyişiklik edib 

Bu qaydalar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsinin ümumi mexanizmini və şərtlərini müəyyən edir.

Dövlət Xidmətinin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir. Vəsaitlərin istifadə istiqamətləri, müddəti və şərtləri müəyyən olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Dövlət Xidməti arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün 1000000 manat həcmini aşmamaq şərtilə ilkin kredit xətti müəyyən edilir. İlkin və növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.

Müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirilən layihələrin məbləği həmin kredit təşkilatlarının məcmu (ümumi) kapitalı qədər ola bilər. İndiyə qədər kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Milli Bank tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilib. Qaydaya edilən dəyişikliyə əsasən bundan sonra kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən ediləcək.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...