Putinin Ukrayna savaşında uğur qazanmasının SİRRİ AÇIQLANDI: “Keçən yay..” 

Putinin Ukrayna savaşında uğur qazanmasının SİRRİ AÇIQLANDI: “Keçən yay..” 

Putinin Ukrayna savaşındakı uğurunun sirri açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə estoniyalı yazıçı, jurnalist və dövlət qulluqçusu Hulo Matteus məqalə yazıb. Burada qeyd edilib ki, Ukraynanın uğursuz əks-hücum əməliyyatı Putinə və bütövlükdə Rusiyaya inamın artmasına təkan oldu.

 

“Keçən yay Ukraynanın əks-hücumunun uğursuzluğu, ABŞ-nin yardım məsələsində çaşqınlığı və Qərbin ümumi acizliyi Putinə və bütövlükdə Rusiyaya inamın artmasına şərait yaratdı. Bütün bunlar Ukrayna qoşunlarının Avdiyevkadan çıxarılmasına və Ukraynanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb oldu. Rusların taktikası uğurla nəticələndi. Nəticədə Rusiya hərbi sənayesini inkişaf etdirdi”.

 

Müəllif bildirib ki, Qərbin kiçik peşəkar orduları Rusiyanı dayandırmağa qadir deyil.

 

“Ordusunun sayı milyonu keçən yeganə ölkə ABŞ-dir. Avropanın Fransa və Almaniya kimi ən böyük ordularının cəmi bir neçə yüz min əsgəri var”, - Mattheus yekunlaşdırıb.

 

NATO-nun keçmiş sözçüsü Co Bukinonun sözlərinə görə, Putinin Ukraynadakı taktikası uğurla nəticələnib. O qeyd edib ki, Rusiya lideri münaqişənin müddətindən asılı olmayaraq ölkəni vahid strateji trayektoriya ilə apara bilər və bu da Rusiyaya vaxt üstünlüyü qazandırır. Putin özü hesab edir ki, Rusiya qoşunlarının cəbhədə uğur qazanması rusların böyük əksəriyyətinin ordunu dəstəkləməsi ilə bağlıdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR