Badamdarda evləri söküb yerinə ağac əkirlər

Badamdarda evləri söküb yerinə ağac əkirlər

Badamdar qəsəbəsində qanunsuz tikililərin söküntüsü prosesi davam edir.
 
Lent.az-ın məlumatına görə, saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanıb. Səbail rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov bildirib ki, bəzi şəxslər ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla ərazini özlərinin qeyri-rəsmi biznesinə çeviriblər. İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar: "Təbii ki, biz də bunun qarşısını alırıq. Bu praktika əvvəl olub, amma bu gün qəti şəkildə qarşıya məqsəd qoyulub ki, bu qanunsuzluqlara son qoyulsun. Biz buna mane olanda həmin şəxslərin maraqlarına toxunur və onlar mətbuatda öz mənafelərinə uyğun yalan məlumatlar yayırlar. Hər dəfə biz bu işlərə başlayanda, onlar İcra Hakimiyyətini mətbuatda qaralamağa çalışırlar. Bunları da əsasən biz bilirik kimlərdi. Bu proses dövlət tərəfindən nəzarətlə həyata keçirilir. Bilrisiniz, elə şəxslər var ki, yamaclarda, digər sürüşmə zonası sayılan ərazilərdə iaşə obyektləri, mağazalar tikiblər. Təbii ki, belə hallar yol verilməzdi”.

İcra nümayəndəsi deyib ki, bu ərazilərdə dövlət proqramına uyğun olaraq yaşıllıq sahələrinin salınması nəzərdə tutulur və bu proses artıq gedir: "Badamdar qəsəbəsi 3-cü yaşayış massivində daha 6 hektar yer təmizlənib və orada zeytun ağacları ilə eyni qaydada yaşıllıq salınması işləri gedir. Artıq bu məsələlərin gündəmdən çıxarılmasının vaxtı çatıb və biz yəqin ki, Badamdar qəsəbəsində mətbuat konfransının elementləri ilə açıq mikrofon keçirirək ictimaiyyətə də məlumat verəcəyik. Araşdırmalar tam başa çatdıqdan sonra lazım olsa mətbuat konfransında biz konkret olaraq kimlərin adları varsa, onları təqdim edə bilərik. Və açıq müzakirələr aparmaq olar. Burada elə sənədlər var ki, şəxsin öz adına yox başqa şəxslərin adına alınıb”.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...