Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri

Məhərrəm ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə birlikdə bölgələrdə, o cümlədən Bakıda monitorinqlər keçirilib.

Sfera.az xəbər verir ki, bunu Trend-ə komitənin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, monitorinqin nəticələrinə əsasən bu il əvvəlki illərlə müqayisədə məhərrəmlikdə xeyli sakitlik müşahidə olunub: "İnanclı insanların dini ayin və mərasimləri keçirməsi üçün zəruri şərait yaradılıb və hüquq-mühafizə orqanları tərəfindən onların təhlükəsizliyi təmin edilib. Bir sözlə dini ayin və mərasimlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Bir sıra kiçik hallar istisna olmaqla ciddi qanun pozuntuları aşkar olunmayıb. Həmçinin ciddi bir radikallıq, fanatiklik əməlləri müşahidə edilməyib”.

S.Heydərovun sözlərinə görə, monitorinq zamanı müəyyən olunub ki, Məhərrəm ayında keçirilən tədbirlərlə bağlı internet vasitəsilə yayılan bir sıra xoşagəlməz videoçarxalar köhnə illərə təsadüf edir: "2002-2005-ci illərdə çəkilmiş video materiallar bu il yenidən internetdə yerləşdirilib və bu ilki video kimi göstərilib. Ancaq müəyyən olundu ki, bu videolar köhnə illərə aiddir. Bu il elə bir radikallıq, aqressivlik müşahidə edilməyib”.

Komitə sədrinin müavini əlavə edib ki, Məhərrəm ayı ərəfəsində və dövründə kütləvi maarifləndirici tədbirlər keçirilib: "Yəni ictimaiyyətlə, o cümlədən inanclı insanlarla, gənclərlə görüşlər keçirilib, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə məlumatlar verilib”.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...