ŞOK! Azərbaycanda qadınları zorlayanlar bağışlanacaq?

ŞOK! Azərbaycanda qadınları zorlayanlar bağışlanacaq?

 

Son günlər Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq” qanun layihəsinə münasibət həm Türkiyə cəmiyyətində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

Bəs belə bir qanun Azərbaycanda qəbul oluna bilərmi? Qəbul olunarsa hansı problemlərlə üzləşə bilərik?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu qanunun qadın hüquqlarının zorlanması olaraq qəbul etdiyini söyləyib:

"Azərbaycanda belə bir qanunun qəbulu mümkünsüzdür. Çünki Azərbaycanda evlilik yaşı 18-dir. Əgər azyaşlının zorlanması və onun evliliyə cəlb olunması qanunu qəbul olunsa, gərək biz bir çox qanunları ləğv edək. Bizdə erkən nigah və məcburi nigah cinayət sayılır”.

Ekspertin sözlərinə görə, sözügedən qanunun müzakirəsi belə cəmiyyətdə ciddi etirazlara səbəb ola bilər:

"Ən əsası da mənəvi tərəfdən yanaşsaq, zorlanmış şəxs ömrünün axırına qədər onu zorlayan adamla xoşbəxt ola bilməyəcək. Onlar məcburi olaraq yaşayacaqlar. Əgər biz faciə, yeni qətillər, qadının ərini öldürməsini istəyiriksə o zaman bu qanuna zamanı gələndə qol çəkərik.

Düşünürəm ki, bu qadın hüquqlarına ziddir. Hətta belə bir qanunu müzakirəyə çıxarmaq onunla bağlı fikir söyləmək qanunlarımıza hörmətsizlik olar”.

M.Zeynalovanın sözlərinə görə, zorlanma hadisələrindən sonra evlilik halları ilə tez-tez rastlaşıb. Belə ki, ailələr bir araya gələrək mövcud biabırçılıqdan yaxa qurtarmaq, "namus”un təmizlənməsi adı ilə zoralanan qızla onu zorlayan şəxsin evliliyinə razılıq verirlər. Ancaq bu evliliyin sonu çox vaxt faciə ilə nəticələnir:

"Hansısa biabırçılığı ört-basdır etmək üçün ailələr arasında razılıq olub. Amma nəticə çox vaxt faciəvi olur. Zorlamadan sonra dünyaya gələn uşaqların pisixi durumunun hansı vəziyyətdə olacağını təsəvvür edirsiniz? Bu cür ailələri tapıb onların uşaqlarının tibbi diaqnozuna baxsanız görəcəksiniz ki, dediklərim həqiqətdir. Bu dediklərimi elmi əsaslarla da sübut etməyə hazıram” .

İB sədrinin sözlərinə görə, Azərbaycanda son illər cinsi zorakılığa daha çox gənc qızlar məruz qalırlar:

"Çox təəssüf ki, getdikcə zorlanmayla bağlı edilən müraciətlərin sayında ciddi artım müşahidə olunur. Hazırda gənc qızların zorlanması faktları ilə daha çox qarşılaşırıq. Onlar ailələrinin, ətraflarının bu hadisədən xəbərdar olmamaları üçün hüquq-mühafizə orqanlarına mürəciət etməkdən çəkinirlər”.

İlahiyyatçı Elşad Miri də sözügedən qanun layihəsinin Azərbaycanda qəbul edilməsinin mümkünsüzlüyünü söyləyib. O, dində peyğəmbərin 9 yaşlı Aişə ilə ailə həyatı qurması ilə bağlı bəzi dindarların söylədiklərini yalnızca cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, bu yalanları uyduranlar məhz bu cür qanunların qəbul edilməsi ilə öz istəklərini reallaşdırmağa çalışanlardır.

"Guya peyğənbərimiz özü 53 yaşında olanda 9 yaşlı Aişə ilə evlənib. Bütün bunlar uydurmadır və peyğəmbər özü heç bir qızını nə 6, nə də 9 yaşında ərə verməyib.

Bu gün belə iddia edirlər ki, azyaşlıların ərə verilməsində heç bir problem yoxdur. Amma "Quran”a istinad edilən ayələrə baxdığımız zaman Allahın göndərdiyi dində heç bir ayə və yaxud göstəriş yoxdur.

Təcavüzünsə xüsusi cəzası var. Zina başqadır, təcavüz başqadır. Bunların hər ikisinin cazası dində ayrıdır. "Qurani-Kərim”in "Nur” surəsinin ikinci ayəsi bununla bağlı şamil olunub. Zina bir cəzadırsa, təcavüz iki cəza sayılır. 4 şahid olarsa, bunun cəzası döyülməklə verilir”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...