Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir – VİDEO

Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir – VİDEO

 

Şamaxının Mirikənd kənd sakini Nailə Xəlilovaya 2 il əvvəl bank əməkdaşları tərəfindən kredit kartı verilib. Sənədləşdirmə aparılıb və deyilib ki, pul mərkəzi poçta köçürülücək. Məbləğ olaraq da 1500 manat müəyyənləşdirilib.

Oxu.Az-ın Xəzər TV-yə istinadən verdiyi xəbərinə görə, Nailə Xəlilova deyir ki, pulu götürüb və bir il ərzində faiziylə birlikdə ödəyib. Bir müddət sonra yenidən mesaj gəlib ki, hesabınıza pul köçürülüb. Lakin qadın pulu almayıb.

Sonradan da borc məhkəmə vasitəsi ilə Nailə Xəlilovanın maaşına yönləndirilib və hər ay müəyyən məbləğdə pul çıxılır. Bir müddət əvvəl o, məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Hüquqşünas Anar Ramazanov deyir ki, ikinci dəfə yenidən həmin hesaba kreditin yüklənib-yüklənilməməsi və borcun hansı andan etibarən ödənilməyə başlanılması müqavilədəki şərtlərdən asılıdır. Bankın əməkdaşı kredit götürən şəxsə müqavilə şərtləri barədə də dolğun məlumat verməli idi.

Anar Ramazanov bildirir ki, bank götürmədiyi kreditə görə Nailə Xəlilovadan ödəniş tələb edilə bilməz.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...