Rusiyanın Ukraynadakı növbəti hədəfi BU ŞƏHƏRDİR

Rusiyanın Ukraynadakı növbəti hədəfi BU ŞƏHƏRDİR

Ukraynanın "Axilles" pilotsuz uçuş sistemləri bölüyünün komandiri Yuri Fedorenko Rusiyanın növbəti hədəfini açıqlayıb. 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, Fedorenkonun iddiasına görə rus işğalçılarının prioritet vəzifələrindən biri ölkənin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərinin işğalıdır. 


O, bunu qatıldığı telemarafonda rus işğalçılarının Baxmut istiqamətində hücumu ilə bağlı sualı cavablandırarkən deyib. Adıçəkilən şəhər ölkənin şərqində yerləşir və 12-13 min əhalisi var. 


Fedorenko deyib ki, Rusiya ordusu şəhər istiqamətində hücumlarını artırıb və digər amillərlə yanaşı, hava şəraitindən də istifadə edərək, günün istənilən vaxtında, gecə-gündüz hücuma keçməyə çalışır:

 

“Açığını deyim ki, düşmənin istifadə etdiyi qüvvə və vasitələrin miqdarı inanılmaz dərəcədə böyükdür. Lakin müdafiə qüvvələrimiz düşmənin hücumlarını dəf etməyə nail olur". 


Eyni zamanda, o qeyd edib ki, düşmənin yalnız Çasov Yara təzyiq etdiyini söyləmək olmaz, çünki hücumlar başqa istiqamətlərdə, xüsusən də İvanov istiqamətində də aparılır: "Bir neçə gün əvvəl zirehli texnikanın iştirakı ilə irimiqyaslı hücum olub. Amma bu hücum uğursuzluqla nəticələnib və Rusiyanın buradakı potensialını, o cümlədən 20-dən çox ağır texnikasını tamamilə məhv etmək mümkün olub". 


Xatırladaq ki, Risiya ordusu son günlər Ukraynanın şərqində bir neçə yaşayış məntəqəsini işğal edə bilib. İşğal olunan yaşayış məntəqələri Donetsk vilayətinə daxildir. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...