Kristiano Ronaldo "qətlə yetirildi" - Şübhəli şəxs saxlanıldı... - FOTOLAR

Kristiano Ronaldo

"Real-Madrid” futbol klubu ciddi təhlükə ilə üz-üzə qalıb.

ATV.az-ın məlumatına görə, Santiaqo Sançez Ramirez adlı şəxs snayper tüfəngi ilə Kral klubunun ulduzlarının şəklini çəkib. Çəkdiyi şəkilləri çap edən şəxs, polis tərəfindən nəzarətə götürülüb. İfadəsində "Kristiano Ronaldo və Florentino Perezi öldürdüm” deyən şəxs iddia edib ki, o, bu yolla Madrid klubunun idman akademiyasının qarşısındakı təhlükəsizlik tədbirlərinin zəif olduğunu üzə çıxarıb. 

Axtarışlar zamanı şübhəlinin evində "Real Madrid"in digər üzvləri Marselo, Ramos, Benzema və sabiq baş məşqçi Karlo Ançelottinin snayper silahı ilə çəkilən fotoları həmçinin, sənədi olmayan odlu silah aşkar edilib. Ramirezin həmin fotoları öz avtomobilinin içindən çəkdiyi bildirilir.

Yerli dairələr yazır ki, məsələnin üzə çıxmasından sonra Madrid klubu təhlükəsizlik əməkdaşlarına müraciət edərək, futbolçuların mühafizəsinin gücləndirilməsini tələb edib. Hadisə barədə araşdırmalar davam edir. 

 



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...