Eldar Mahmudovun oğlunun biznes şərikinin istintaqı dayandırıldı

Eldar Mahmudovun oğlunun biznes şərikinin istintaqı dayandırıldı

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

Sfera.az APA-ya istinadən məlumatına görə, icraatın dayandırılması barədə qərar A.Kərimov axtarışa verildiyi üçün çıxarılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Qeyd edək ki, "Caspian Telekommunications" şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

RYTN-nin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların, həmçinin biznes şəriki olduqları bildirilir.

RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

A.Kərimov həbs olunmadığı üçün barəsində olan cinayət işi ümumi cinayət işindən ayrılaraq ayrı icraata verilib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...