Bu ölkədə narkotik istifadəsinə icazə veriləcək - YENİ QƏRAR

Almaniyada marixuana istifadəsinə icazə veriləcək.
Sfera.az xəbər verir ki, parlamentə iqtidar partiyası tərəfindən təklif edilən düzəlişə əsasən, şəxsi istehlak üçün üç ədədə qədər çətənə bitkisi yetişdirmək və 25 qrama qədər marixuana saxlamaq mümkün olacaq.
Bundan əlavə, 500-dən çox üzvü olmayan marixuana klublarının üzvləri üçün qeyri-kommersiya məqsədilə marixuana istehsalına da icazə veriləcək.
Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib ki, yeni qanunun məqsədi narkotiklərlə bağlı cinayətlərə qarşı mübarizə aparmaq, ticarətin həcmini və istifadəçilərin sayını azaltmaqdır.
Marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir.
Qeyd edək ki, hazırda bəzi ölkələrdə marixuanadan məhdud miqdarda istifadəyə icazə verilir.
Vasif