Zelenski Trampı Ukraynaya DƏVƏT ETDİ: "Həll edə bilməyəcək"

"Yenidən namizədliyini irəli sürməyi planlaşdıran keçmiş ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bir-iki günə həll edə bilməyəcək".
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına danışıb.
“Bunun necə mümkün olacağını başa düşə bilmirəm. O, mənimlə bu problemi, bu faciəni həll edə bilməyəcək”, - deyə Zelenski bildirib.
O, Trampı yenidən Ukraynaya səfərə dəvət edib. V. Zelenski bu səfərdən sonra ABŞ-nin keçmiş prezidentinin Ukraynadakı münaqişəyə son qoymağın mümkünlüyü ilə bağlı fikrini dəyişəcəyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Tramp belə bir dəvətə məhəl qoymayıb.
Qeyd edək ki, Donald Tramp mütəmadi olaraq iddia edir ki, ABŞ prezidenti seçilərsə, bir-iki günə Ukraynadakı münaqişəni bitirmək niyyətindədir. Bu bəyanat Trampın əsas seçki proqramlarından birinə çevrilib.
Əzizə