Sabah qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabah qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında noyabrın 23-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan xeyli yüksək 781 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək. 

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...