Beyonsun anası və qızları jurnal üçün poza veriblər - FOTOLAR

Beyonsun anası və qızları jurnal üçün poza veriblər - FOTOLAR

İstər səhnədə, istərsə də prodüserlik sahəsində başgicəlləndirici karyera quran, uğurlu geyim markası yaradan 42 yaşlı amerikalı müğənni Beyons, indi də gözlərini gözəllik sənayesinə dikib. 

 

Sfera.az bildirir ki, Beyons öz saç baxım məhsulları olan “Cecred”i işə salıb. Beyonsun anası bərbərdir və saç, saça qulluq sevgisini qızına ötürüb. “Essence” jurnalının yeni sayında Beyons bir sıra göz oxşayan görünüşlərini nümayiş etdirib. Beyons bütün dünyaya yeni brendinin bütün saç tiplərinə və üslublarına uyğun olduğunu bildirib.

 

Görüntülərdən birində Beyons çılpaq bədəninə qəhvəyi xəz və hündürdaban ayaqqabı ilə pozalar verib.

 

Nəşr iki fərqli üz qabığını təqdim edib: birində sənətçinin uzun sarı saçları düz açıq və örtük kimi boynuna yığılıb, Beyons göy mavi top geyinib.


Digərində isə hündür topuzla bağlanmış yumşaq qıvrımları var. Beyons firuzəyi rəngli geyinib və görünüşü brilyant sırğalarla bəzəyib.

 

Fotolarda müğənninin 70 yaşlı anası Tina Noulz, həmçinin qızları Blu Ayvi və Rumi də yer alıb. Bərbərdə işlədiyi üçün müğənniyə saç sevgisini aşılayan da məhz anası olub.

 

"Məhz onun salonunda usta olmaq xəyalımı reallaşdırdım. Müştərilərindən birinin opera müğənnisi olduğu ortaya çıxdı. Onun Almaniyaya son səfəri ilə bağlı hekayələri məni valeh etdi. Mən də onun kimi olmaq istəyirdim” - Beyons bildirib. 

 

Tina da qızına dəstək olmaq üçün fotosessiyada iştirak edib.


"Saçlar hər zaman həyatımızın vacib bir hissəsi olub. Moda ailəmizi xilas etdiyi kimi, saç da bizim çörək ağacımız olub. Saçlar bizim ailə mirasımızdır” - deyə Beyonsun anası bildirib.


Beyons dünyanın ən yaxşı saç stilistlərindən dərs alıb.

 

"Saçlarımı prioritet hesab edirəm.Mənim üçün sevinc bundan qaynaqlanır. Özünə qulluq rituallarına vaxt ayırmaq çox vacibdir”-deyə ulduz vurğulayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...