Ukraynalıların əksəriyyəti münaqişənin diplomatik yolla həllini dəstəklədi

Dünya
19:51 / 21.02.2024
5408
Ukraynalıların əksəriyyəti Rusiya ilə münaqişənin diplomatik yolla həllini dəstəkləyib.
Sfera.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) məlumatları sübut edib.
"KIIS" hesabatında deyilir : “2022-ci ilin mayında 59 faiz, 2024-cü ilin fevralında isə respondentlərin 72 faizi Ukraynanın da müharibəni bitirmək üçün diplomatik yol axtarmalı olduğu fikri ilə razılaşıb".
Qeyd olunur ki, Ukraynanın bütün vilayətlərində sakinlərin əksəriyyəti ümumiyyətlə münaqişənin diplomatik yolla həllinə açıqdır.
İnci