Türkiyənin V nəsil döyüş təyyarəsi “Kaan” ilk uçuşunu həyata keçirdi - VİDEO

Dünya
17:20 / 21.02.2024
2214
Türk Aerokosmik Sənayesi tərəfindən hazırlanan milli döyüş təyyarəsi “Kaan” bu gün səhər saatlarında ilk uçuşunu həyata keçirib.
Sfera.az xəbər verir ki, “Kaan”ın ilk uçuşu uğurla icra edilib.
Təyyarınin ilk uçuşunu pilot Barbaros Dəmirbaş aparıb. Milli döyüş təyyarəsi olan “Kaan” beşinci nəsil qırıcıdır.
Hazırda dörd ölkə 5-ci nəsil döyüş təyyarəsi istehsal edə bilir. Türkiyə 2028-ci ildən “Kaan”ın kütləvi istehsalına başlamaqla beşinci nəsil döyüş təyyarəsi istehsal edən 5 ölkədən biri olacaq.
Vasif