Türkiyədə dollar 31 lirəyə çatıb – YENİ MƏZƏNNƏ

Türkiyə lirəsinin ABŞ dollarına nisbətən ucuzlaşması davam edir.
Sfera.az xəbər verir ki, bu gün İstanbul birjasında dolların məzənnəsi ilk dəfə olaraq 31 lirəyə çatıb. Əməliyyatlar zamanı dollar 30,967 lirəyə qədər yüksəlib.
Dolların lirəyə qarşı məzənnəsində yüksəliş 2023-cü ilin avqustundan stabil prosesə çevrilib. Yəni demək olar ki, lirə hər gün ucuzlaşır. Ötən ilin avqustunda dollar 26,4 lirə olduğu halda dekabrın sonunda 30 lirəyə, bu gün isə 31 lirəyə yüksəlib.
Bu ilin əvvəlindən dolların 3,3 faizdən çox bahalaşması qeydə alınıb. Son bir ildə isə dolların lirəyə nəzərən 65 faizə yaxın yüksəlməsi müşahidə olunub.
Qeyd edək ki, Türkiyədə son bir neçə ildə müşahidə edilən yüksək inflyasiyanın əsas səbəbi məhz lirənin ucuzlaşmasıdır. Türkiyə Mərkəzi Bankının və hökumətinin bütün cəhdlərinə baxmayaraq, lirə davamlı dəyər itirir və bu, inflyasiyanın yüksək həddə qalmasına səbəb olur.
Vasif