ANS-in “Qızıl Fondu” uğrunda amansız savaş

ANS-in “Qızıl Fondu” uğrunda amansız savaş

ANS Şirkətlər Qrupunun "Qızıl Fondu” uğrunda amansız mübarizə başlayıb

Sfera.az xəbər verir ki, politika.Az-a daxil olan özəl xəbərə görə, ANS son zamanlar arxivdə eşələnir və materialları efirə çıxarırdı. 

Amma efirə çıxarılan arxiv materialları bir o qədər də maraqlı görünmürdü. Ekrana buraxılmayan arxiv materialları var idi ki, bunun üstündə pərdəarxası savaş başlanmışdı. 

Hazırda informasiya müharibəsi dövrüdür. Yuxarı dairələr imkan vermək istəməz ki, ölkənin bütün sferalarını əhatə edən "informasiya bombaları” üçüncü şəxslərin əllərinə keçsin. Bu baxımdan tam məntiqlidir ki, həmin arxiv dövlətin maraqlarından çıxış edən quruma təhvil verilə bilər. 

Politika.Az-a sızan informasiyada qeyd olunur ki, dövlətin maraqlarından çıxış edən qurum AzTv ola bilər. Çünki ANS-in "Qızı Fondu”ndakı arxiv materiallar nə vaxtsa efirə buraxıla və ictimai rəyi bombardman edə bilər. 

Mənbə qeyd edir ki, bu arxiv uğrunda mübarizənin ilkin mərhələsi də ANS-in yerləşdiyi binanın alınmasıdır. Azərbaycanın ilk müstəqil telekanalının arxivində ölkənin taleyüklü hadisələri və ictimai-siyasi prosesləri ilə bağlı çox ciddi video materiallar var. İllər ötdükcə həmin materialların bəziləri kompromat halına çevrilib. 

Bildirək ki, telekanalın fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir 

Zoologiya İnstitutunun direktoru Elman Yusifov açıqlamasında ərazinin geri alınması ilə bağlı, iddiaçı qismində ola bilmədiklərini bildirib.

"Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi, Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.

İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib. "Bütün əmlak dövlətə məxsusdur. 

Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib. 

Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir. Qeyd edək ki, ANS-in yayımı bu ilin 18 iyulunda dayandırılıb.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...