Hər il 1000-dək qadın süni mayalanma üçün müraciət edir

Hər il 1000-dək qadın süni mayalanma üçün müraciət edir
 
"Hər il Azərbaycanda qadınlar müəyyən səbəblərdən ekstrakorporal (süni) mayalanmaya üz tutur. Son illər süni mayalanmaya müraciət edən qadınların sayında artım var. Belə ki, il ərzində süni mayalanmaya müraciət edən qadınların sayı 1000-ə yaxın olur”.
 
Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. O bildirib ki, Azərbaycanda bu sahə son illər inkişaf edir. Dövlət səviyyəsində ekstrakorporal (süni) mayalanmanı icra edən müəssisənin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu olduğunu deyən S. Məmmədova qeyd edib ki, həmin tibb ocağı son 3-4 ildə təmirə bağlandığından bu proses hazırda yalnız özəl tibb müəssisələrində icra olunur.
 
Komissiya sədri süni mayalanma nəticəsində mütləq qaydada əkiz uşaqların dünyaya gəlməsi haqda fikirlərə də münasibət bildirib: "Süni mayalanma sahəsində olan bütün beynəlxalq təcrübədə yumurtaların sayından asılı olmayaraq sonsuz qadının uşaqlığına 1 embrionun yerləşdirilməsi tövsiyə edilir. Əgər yerləşdirilən 1 embrionun inkişafı nəticəsində bir yumurtadan 2-3 və daha çox döl əmələ gəlibsə, beynəlxalq aləm 3 və daha çox olan əkizlərin reduksiya edilməsini təklif edir. Çünki doğmayan uşaqlıq birdən-birə 3-4 hamiləliyi başa çatdıra bilməz. Bir döl olmalıdır ki, qadın onu başa çatdıra bilsin”.
 
S. Məmmədova əlavə edib ki, 1 döllü hamiləliyi 39-40-cı həftəyə qədər başa çatdırmaq olar. Onun sözlərinə görə, 2 döllü hamiləlik isə 36-cı həftədən çox davam etmir: "Uşaqlıq həddindən artıq dartılmış olur deyə vaxtından əvvəl doğuş təhlükəsi yaranır və əkiz uşaqlar 36-cı həftəyə kimi doğulurlar. Bu qanuna uyğun olaraq üçəmlər 32-33 həftəyə kimi anadan olur. Çox nadir hallarda rast gəlinən dördəm 30 həftəliyə kimi, beşəm isə 28-29-cu həftəyə kimi doğulur. Ekstrakorporal (süni) mayalanma və ya insan müdaxiləsi olmadan təbiətdə hər 90 doğuşdan biri əkiz uşaqların doğulması ilə nəticələnir. Hər 8100 doğuşun biri üçəm, hər 729 min doğuşun biri dördəm olur. Hər 85 tək döllü hamiləliyin biri əkiz, hər 85 əkiz hamiləliklərin biri üçəm, hər 85 üçəm hamiləliyi doğuşunun biri dördəmdir”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...