Xəstə sürücülərlə bağlı yeni təklif

Xəstə sürücülərlə bağlı yeni təklif

 

"Azərbaycanda sürücülük vəsiqəsi əldə etdikdən sonra müəyyən xəstəlikləri aşkarlanan sürücülər haqqında məlumatların yol polis idarələrinə ötürülməsini, yaxud da sürücülərin dövrü olaraq tibbi müayinədən keçmələrini nəzərdə tutan təkliflər paketi hazırlanıb”.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, təkliflərin 2017-2021-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı dövlət səviyyəsində hazırlanan proqrama daxil edilməsi nəzərdə tutulur.

R.Nağıyev qeyd edib ki, xəstəliyi olan sürücülər haqqında məlumatların yol polisi idarələrinə ötürülməsi daha uyğun variantdır.

R.Nağıyev əlavə edib ki, bu qaydaların bütün sürücülərə şamil edilməsi təklif olunur.

Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyini xatırladan R.Nağıyev bildirib ki, həmin müddət ərzində sürücülərin səhhətində dəyişikliklər baş verə bilər. Bu isə yol təhlükəsizliyi ilə bağlı hər hansı problemlərin yaranmasına səbəb ola bilər: 

"Ola bilsin ki, vətəndaş öz səhhətini düzgün qiymətləndirmir, sükan arxasına əyləşir və nəticədə problemlərin yaranmasına səbəb olur. Gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial hadisə törədicisidir”.

R.Nağıyev onu da əlavə edib ki, sürücünün həm emosional, həm fizioloji vəziyyətində problemlər olduqda onun xüsusilə ictimai nəqliyyatda işləməsinə icazə verilməməlidir: 
"Təəssüflər olsun ki, belə hallar qeydə alınır. Hər hansı xəstəliyin ağırlaşması ucbatından hadisələr baş verir. Vaxtilə reys həyata keçirən sürücülərin tibbi müayinəsi aparılmasa da, hazırda bəzi idarə və müəssisələr tərəfindən bu işlər həyata keçirilir”.

R.Nağıyev deyib ki, əvvəlki illərdə ictimai nəqliyyatda baş verən qəzaların və bundan zərərçəkənlərin sayı daha çox olub. Lakin artıq ictimai nəqliyyatda, yəni Bakıda və Bakı ətrafı qəsəbələrə, eləcə də rayonlara sərnişinlərin daşınması ilə məşğul olan nəqliyyat vasitələrində baş verən qəzaların sayı getdikcə azalır. Bunun səbəbləri nəqliyyat vasitələrinin müasirləşməsi, avtoparkların yenilənməsi, sürücülərin işinə nəzarətin artırılması ilə izah oluna bilər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...