İstilik xidmətinin qiyməti qalxır

İstilik xidmətinin qiyməti qalxır

Azərbaycanda istilik xidmətlərinin qiyməti qalxacaq.

Sfera.az  xəbər verir ki, bu barədə AzVision.az-a "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. ASC rəsmisi qeyd edib k, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcək. 

 
"İsti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik müəyyənləşmişdi. May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq, qızdırıb 40 qəpiyə satırdıq. May ayında isə "Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi və bura kanalizasiya xidmətləri də əlavə edilir. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan xərcləri və cuzi də qurumun gəlirini qoyub qiymət müəyyənləşdirəcəyik”. 

R.Əliyev qeyd edib ki, yaxın günlərdə isti suyun əhali üçün qiyməti müəyyənləşəcək. "Hələlik bunun üzərində iş gedir, hesablamalar aparılır, qiymət hökümətlə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu, istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin”. 

Qeyd edək ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. 

Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək. 
 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...