“Bayden Netanyahuya dedi ki…” – İsrail-ABŞ liderləri DANIŞDI

ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.
Sfera.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, söhbət zamanı Bayden Netanyahuya Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin müdafiəsi üçün dəqiq plan olmadan hərbi əməliyyata başlamamağı tövsiyə edib.
"Bayden Rəfahdakı vəziyyətə də toxunub və vurğulayıb ki, etibarlı və həyata keçirilə bilən plan olmadan hərbi əməliyyat başlanmamalıdır. Bölgədəki mülki əhalinin müdafiəsi təmin olunmalıdır”, - qurum vurğulayıb.
Danışıqlar zamanı ABŞ və İsrail liderləri HƏMAS-ın saxladığı girovların azad edilməsi məsələsini də müzakirə ediblər. Bundan əlavə, Qəzza zolağına humanitar yardımın çatdırılması məsələləri də həll olunub.
Günay