"Ölən rus əsgərlərinin sayı 400 mini ötüb" – Ukrayna Müdafiə Nazirliyi

Ukrayna-Rusiya müharibəsinin başladığı 2022-ci ilin fevralında bəri ölən rus əsgərlərinin sayı 400 min nəfəri ötüb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Müdafiə Nazirliyi açıqlayıb. Nazirliyin düşmən tərəfin itkiləri ilə bağlı yenilədiyi gündəlik məlumata əsasən, bu gün etibarilə ölən əsgər sayı 400 300 nəfər olub.
Son iki ildə Rusiyanın itkiləri sadəcə insan itkisi ilə məhdudlaşmayıb. Rusiya xeyli sayda hərbi texnika da itirib. Nazirliyin məlumatına əsasən, hərbi əməliyyatlar zamanı Rusiya tərəfi 6 465 tank, 12 129 digər zirehli texnika, 12 716 hərbi nəqliyyat vasitəsi, 9 641 artilleriya sistemi, 671 hava hücumundan müdafiə vasitəsi, 1 528 xüsusi texnika, 332 döyüş təyyarəsi, 325 helikopter, 26 gəmi və kater, 7 408 pilotsuz uçuş aparatı itirib.
Vasif