"Marketlərdə monopoliyadır, onların qarşısını almaq lazımdır" - Mütəxəssis yararsız məhsullardan DANIŞDI

Zaman-zaman vətəndaşların qidaların dadından şikayətləndiyinin şahidi oluruq. Hətta aldığımız məhsulların tərkibi ilə bağlı araşdırmaların və ya fərdi müraciətlər üçün laboratoriyaların yaradılmasına ehtiyac olduğu düşünülür.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, mövsümündə yeyilməyən məhsulların dadı olmur:

 

“Əvvəllər pomidor və xiyarı turşuya qoyardılar ki, qışda istehlak edə bilsinlər. Turşuya qoyulmuş bu tərəvəzlər daha ləzzətli idi, nəinki, həmin mövsümdə dərmanlama prosesindən keçmiş hibrid tərəvəzlər..Yəni, mövsümündə yeyilməyən məhsulların təbii ki, dadı olmayacaq. “Nə yeyirik, dadı yoxdur” kimi haqlı narazılıqlar olacaq. Dad, tam hiss etmək istəyiriksə, organik meyvə və tərəvəzlərə üz tutmalıyıq. Emaldan keçmiş, işlənmiş ət məhsullarına Çin duzundan tutmuş oksidləşməyə qarşı müəyyən kimyəvi qatqı maddələri vurulur ki, vitrin ömrünü uzatsınlar. Bu da qidanı zərərli bir məhsula çevirir. Kolbasa məmulatları da delikates kimi istifadə olunmalıdır, yəni bir dilimlə kifayətlənməliyik. Çox tükətmək olmaz, bunun üçün heç laboratoriyaya da ehtiyac yoxdur. Sağlam qidalanma mütəxəssisləri onsuz da zərərlərini deyirlər. Hazır konservləşdirilmiş məhsulların tərkibində də sadaladığım “monosodium glutamate” (çin duzu) və ya qatqı maddələr var. Bunlar da zərərlidir. Belə olduğu halda, niyə gedib alırsan? Laboratoriyaya ehtiyac yoxdur ki.. Yaxud Afrikadan gələn bananı niyə gedib yoxlatdırmalıyam ki? Əgər banan mənim ölkəmdə yetişirsə, mən onu əkirəmsə, becərirəmsə, onun faydası var. Yox əgər kənardan gəlirsə, faydası təbii ki, yoxdur”.

 

Müsahibimiz qeyd edib ki, heyvan mənşəli qidalar da heyvan mənşəli yağlarda bişməlidir:

 

“Məsələn, ət, balıq, toyuq...Amma bu yağlar nə qədər güvənlidir? Bunun üçün də laboratoriyaya ehtiyac var. Söhbət kərə yağından gedir. Məhsulun tərkibini müəyyənləşdirmək üçün xırda ipucuları olsa da, ən yaxşı nəticəni laboratoriyalar verir. Bu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunda da var. Amma həmin laboratoriya nə qədər düzgün cavab verir, neçə aya nəticə bəlli olur bilinmir. Yaxud indi kim peçenyelərə, şirniyyatlara və.s kərə yağı vurur? Əgər kərə yağı vurulsa, maliyyəti bilirsiniz neçəyə olar? Satış da sərf etməz. Məsələ maliyyəti aşağı salmaqdır və bunun üçün də ucuz yağlardan istifadə etmək lazımdır. Hidrogenlə doldurulmuş trans yağlar, marqarinlər sənayedə istifadə olunur. Bunu laboratoriyaya niyə aparırsan? Evində kərə yağı ilə bişir. Bu gün heç kim heç nəyi evində bişirmək istəmir. Novruz bayramında belə əksəriyyət şəkərburanı, paxlavanı mağazalardan alır. Bu məhsullar elə bilirsiniz, kərə yağında bişir? Bundan söhbət belə gedə bilməz, ona görə məhsulu laboratoriyaya aparıb yoxlatdırmaq mənasızdır. Laboratoriya sənə cavab verəcək ki, trans yağdan hazırlanıb, o zaman alıb yeməyəcəksən? Sağlam qidalanmaq üçün laboratoriyaya ehtiyac yoxdur. İndi hamı marketdən alır, amma bişirmək lazımdır. Bu gün insanların genefondunu məhv etmək üçün bu qidaları satışa çıxarırlar. Bu da ağır nəticələrə gətirib çıxarır – ürək-damar xəstəlikləri, qaraciyər piylənməsi, obezitə, damar tıxanıqlığı və.s”.

 

Ekspert bildirib ki, insan torpağa qayıtmasa, gələcəyi məhv olacaq, daha şiddətli xəstəliklərlə üzləşəcək:

 

“Birmənalı olaraq hamı əkib becərməlidir, ölkədə kəndlilərə şərait yaradılmalıdır. Onlara məvacib ayrılmalıdır ki, gözünü tək torpağa dikməsin. Kəndli fikirləşsin ki, mənim dövlətdən alacağım var, ailəmi dolandırıram və torpağı da əkib becərirəm, oradan nə qazanıramsa, kifayətdir. Həmçinin, kəndlilərə organik məhsullarını sata bilmələri üçün şərait yaradılmalıdır. Bazarda yox, marketlərdə. Bu dəqiqə marketlərdə monopoliyadır. Məmurların hərəsi özü üçün bir “parnik” qurub, monopoliya ilə məşğul olurlar. Onların qarşısını almaq lazımdır. Kənlinin tərəfində, yanında olmalıyıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...