"Bütün həmkarlarımı Əli Əsədova səs verməyə çağırıram" - Siyavuş Novruzov

“Əli Əsədov bütün Azərbaycan ərazisində səlahiyyətlərini həyata keçirəcək ilk Baş nazir olacaq”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Ölkəmizdə çox uğurla keçirilən Zəfər seçkilərindən sonra Prezidentimizin andiçmə prosesini hər birimiz izlədik. Ölkənin Baş nazir postuna Əli müəllimin namizədliyinin irəli sürülməsi təqdirəlayiqdir. Onu ən uzun müddət tanıyanlardan biri də mənəm. 1993-cü ildə YAP-ın yaranmasında və formalaşmasında Əli Əsədovun böyük rolu olmuşdur. Onun fəaliyyətdə olduğu 5 il müddətində həm COVID, həm də müharibə məsələlərinə görə ağır dövr idi. O proseslərin aradan qaldırılması üzrə Nazirlər Kabineti Əli müəllimin başçılığı ilə aktiv işləyib. Bütün həmkarlarımı Əli Əsədova səs verməyə çağırıram”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...