Fazil Mustafa: “Siyasət arxa planda qalacaq, əsas ağırlıq Qarabağın bərpasına yönəlib”

“Bundan sonra əsas ağırlıq Qarabağın bərpasına yönəlib”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Fazil Mustafa deyib.
“Prezident İlham Əliyevin çıxışında əsas ana xətt Zəngəzur dəhlizinin bərpa prosesi, Ermənistanla münasibətlərin sülhlə yekunlaşması və türk dünyası ilə münasibətlərin inteqrasiyasının ən yüksək səviyyəyə qaldırılmasıdır. Bunlara görə də peşəkar komanda lazımdır. Yeni dövrdə siyasət arxa planda qalacaq, daha çox iqtisadi və sosial işlər ön plana keçəcək. İndi ağırlıq daha çox Qarabağın bərpasına yönələcək.
8 dekabrda Əli Əsədov Baş nazir seçilmişdi, ondan 4 ay sonra COVID-19 pandemiyası başladı. O dövrdə tikilən modul tipli xəstəxanalar, görülən işlər də təqdirəlayiqdir. Yenə də Baş nazir vəzifəsi üçün onub dəstəkləməyə çağırıram”.
Firuzə Əliyeva