"Prezidentin ətrafında güclü Nazirlər Kabineti olmalıdır" - Ziyafət Əsgərov

Siyasət
10:20 / 16.02.2024
2670
“Ölkəmizə güclü Baş nazir lazımdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Ziyafət Əsgərov deyib.
“Biz 14 fevralda prezidentin andiçmə prosesinə şahid olduq. Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən işıqlı yol xəritəsi idi. Bundan sonra Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün qarşıya qoyulan məsələlərə görə çox güclü Baş nazir olmalıdır. Əli müəllim iqtisadiyyatı çox yaxşı bilir, Moskvanın nüfuzlu universitetində təhsil alıb. Azərbaycan xalqının rifahına şərait yaradacaq, prezidentin ətrafında güclü Nazirlər Kabineti olmalıdır, buna görə də Baş nazir olaraq Əli müəllimi dəstəkləyirəm”.
Firuzə Əliyeva