Bəhram Bağırzadə “Neftçi”dən istefa verdi

Bəhram Bağırzadə “Neftçi”dən istefa verdi

 

Bəhram Bağırzadə ”Netçi”nin Müşahidə Şurasının üzvlüyündən istefa verib.

Oxu.Az xəbər verir ki, bu barədə B.Bağırzadə sosial şəbəkədə məlumat paylaşıb.

O qeyd edib ki, istefasına səbəb "Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünməmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmamaqdır.

"Özümü dərk etdiyim həyatım boyu mən "Neftçi” komandasının sadiq azarkeşi olmuşam. 

Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri "Neftçi” komandasının yenidən Azərbaycan futbolunun "bir nömrəli komandası” olması üçün böyük səylər göstərdilər. 

Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və "Nefçi”nin azarkeşlərini yenidən stadionlara qayıtsın. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki gözəl şərait yaradılmış futbolçular "Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər!

Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən "Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərdən "Netçi”nin oyunlarına, aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar istefa verirəm və "Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!!!”, - Bağırzadə "Facebook” səhifəsində yazıb.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...