YAP-çıların sayı 700 minə çatır

YAP-çıların sayı 700 minə çatır

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyi ilə əlaqədar "Müstəqilliyim, partiyam, əbədiyyətim” adlı tədbir keçirilib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri, partiyanın rayon təşkilatlarının sədrləri və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin taleyində Yeni Azərbaycan Partiyasının oynadığı möhtəşəm rolu görür və qiymətləndirir: "Yeni Azərbaycan Partiyasının yaranması Heydər Əliyevin adı və şəxsiyyəti ilə biləvasitə əlaqədardır. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 90-cı illərin əvvəllərində Azərbaycanın başının üstünü almış fəlakətlərdən ölkəmizi xilas etməsi, yaşadığımız bu bütün tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsində bilavasitə yaxından iştirak edib. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirməkdədir. Heydər Əliyev siyasətinin, İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən təşkilat, siyasi qurumdur”. 

Ə.Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir: "Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaqdır. Azərbaycan tarixində heç zaman, hətta bir partiyalılıq dövründə belə bu sayda üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, bundan sonra onu gözləyən tale də kifayət qədər uğurlu olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyasını uğurlu bir taleyi olan siyasi təşkilat hesab edirəm. Çünki, Yeni Azərbaycan Partiyası yaradılışından 6 ay keçdikdən sonra onun yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycanın prezidenti olub. Yeni Azərbaycan Partiyası 24 ildir iqtidardadır. İnanıram ki, malik olduğumuz ictimai nüfuz, həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər Yeni Azərbaycan Partiyasının iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq”.




OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...