Çovdarov ittihamı rədd etdi
Cəmiyyət
16:09 / 21.11.2016
727
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət ittihamçısı sonuncu iclasda yarımçıq qalan ittiham aktını elan edib. Elan olunma başa çatdıqdan sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini tam və ya qismən təqsirli bildiklərini, yaxud təqsirli bilmədiklərini deyəcəklər.
Bundan öncəki iclaslar kimi proses açıq keçirilsə də, hakim Həbib Həsənovun şifahi göstərişi ilə jurnalistlər zala buraxılmayıb.
Xatırladaq ki, ötən iclasda vaxt çatmadığı üçün dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlamamışdı.