Milli oyunlar kitabının təqdimatı

Milli oyunlar kitabının təqdimatı

Tarixən Azərbaycan xalq oyunları xalqın yaşam tərzini, təfəkkürünü, adət-ənənəsinin özündə yaşatmaqla yanaşı, eyni zamanda uşaqlarda fiziki, zehni gücün artırılmasında, vaxtlarının səmərəlli keçməsində böyük əhəmiyyətə malikdir. Ancaq, təəssüf qeyd etməliyik ki, vaxt keçdikcə bu oyunlara maraq get-gedə azalır. Elmin, texnologiyanın inkişafı az yaşlı uşaqlarda oyunlara maragının azalmasına səbəb olub. Bu gün uşaqların böyük bir kütləsi kompyuter və yaxud da mobil telefonlarda animasiyon oyunlardan asılı vəziyyətdədir. Bildiyimiz kimi, canlı oyunlar uşaqlarda bir-biri ilə ünsiyyət yaratmaq, doğru davranış qaydalarını aşılamaq baxımından əhəmiyyətə malikdir. Hər şey uşağın böyüdüyü mühitdən asılı oldugu üçün unudulmaqda olan tarixi oyunlarımızı uşaq bağçalarından tutmuş ümumtəhsil məktəblərində, həmçinin ailə mühitində geniş təbliğ edilməsi vacib məsələlərdən biridir. Fərdi gənc Vəliyev Zülfüqar Fikrət oğlu Azərbaycan Gənclər Fondunun elan etdiyi müsabiqəyə məktəbyaşlı uşaqlarda bu tarixi oyunlara marağın yaradılması və həmçinin oyunların təbliğ edilməsi üçün "unudulmaqda olan tarixi oyunların yenidən canlandırılması” ilə bağlı gənclər arasında belə "Milli oyunlarımızı unutmayaq” adlı layihə ilə müraciət edib. Layihə müsabiqə qalibi olmuş və layihənin əsas məqsədi yaddan çıxmaqda olan tarixi qədim oyunlarımızı yenidən uşaqlara xatırlatmaqla onlara marağın artırılmasına nail olmaqdır. Bundan əlavə layihə çərçivəsində kitabdakı uşaq oyunları AMEA Folklor İnstitutunun elmi işçisi, Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin müəllimi Abbasova Aytac Hicran qızı "Milli oyunlar” adlı kitab hazırlayaraq çap edilib. Bundan əlavə Milli oyunlarımız məktəblilər arasında səhnələşdirilib. Layihənin yekunu olaraq Park Bulvar AVM Tusi Bohm Planetariumda layihə çərçivəsində seçilmiş ən yaxşı səhnələşdirilmiş 5 oyunun nümayişi və "Milli oyunlar” kitabının təqdimatı təşkil edildi. Layihənin gələcəkdə digər məktəblərdədə həyata keçirilməsi nəzərdə tutulur.

 









OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...