Ətin bahalaşmasına nazirlikdən açıqlama

Ətin bahalaşmasına nazirlikdən açıqlama
 
Bakı və bölgələrdə mal ətinin qiymətində bahalaşma müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, mal əti Bakının bəzi yerlərində 10 manata təklif olunur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, qiymətlər bazarda tələb və təklif əsasında formalaşıb. 

"Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar "Avrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırda buynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub”

Nazirlik rəsmisi vurğulayıb ki, qiymət artımı istehsalla bağlı deyil, mövsümü xarakter daşıyır. "Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir. Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...