Ətin qiyməti yenidən bahalaşdı – VİDEO

Ətin qiyməti yenidən bahalaşdı – VİDEO

 

Son dövrlər paytaxt və bölgələrdə istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların ətinin qiymətində bahalaşma qeydə alınır. 

Oxu.Az xəbər verir ki, "Xəzər xəbər”in məlumatına görə, Tovuzun mal bazarında son bir aydır, heyvanların qiymətində kəskin bahalaşma müşahidə olunur. Artım özünü daha çox iribuynuzlu heyvanların satışında göstərir. Alıcılara görə, iribuynuzluların qiyməti, hətta iki dəfəyə qədər artıb. 

Fermerlər bahalaşmanı heyvanların bəslənməsinə çəkilən xərclə əlaqələndirirlər. Bildirirlər ki, yemin və otun qiymətlərində artım bazara böyük təsir edib. 

Eyni hal özünü Göyçayın mal bazarında da göstərir. Burada da demək olar ki, qiymət artımı yem və otun bahalaşması ilə əlaqələndirilir. 

Xırdabuynuzlu heyvanlarda isə bahalaşma 40-50%-ə qədərdir. Bir ay əvvəl 100 manata satılan qoyunlar indi 140-150 manata təklif olunur.

Bölgələrdəki bahalaşma özünü paytaxtdakı ət bazarlarında da göstərməyə başlayıb. Paytaxt bazarlarında mal ətinin qiyməti artıq 9 manat 50 qəpiyə təklif edilir.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...