Həkimlərə şad xəbər

Həkimlərə şad xəbər

 


Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə başlandıqdan sonra həkimlərin və digər tibb işçilərinin əmək haqlarında dəyişikliklər olacaq.
Sfera.az-ın trend-ə istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, sığorta sistemində ödənişlər xidmət əsasında həyata keçiriləcək. Hər bir həkim isə göstərdiyi xidmətin qarşılığında məvacib alacaq: "Həkim nə qədər çox xidmət göstərəcəksə, onun alacağı məvacib də bir o qədər çox olacaq. İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar yalnız həkimlərin deyil, orta, kiçik tibb işçilərinin də maaşlarında dəyişiklər nəzərdə tutulur".
 
V. Qurbanov bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq: "Özəl klinikaların bu işə cəlb olunması haqqında fikirlərimiz var. İTSDA-nın tələblərinə cavab verəcək özəl klinikalar icbari tibbi sığorta xidmətini göstərə biləcəklər”.
V.Qurbanov əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı baza zərfi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim edilib. Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə prosedurları daxil edilib: "Azərbaycanda ən çox yayılan xəstəliklərin müayinə, müalicə prosedurları əsas meyar kimi götürülüb. Buraya bir çox ambulator müayinə və müalicə təminatları, fizioterapiya prosedurları, stasionar şəraitdə həyata keçirilən cərrahiyyə əməliyyatları, terapevtik müalicə metodları daxil edilib”.
Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...