YENİ QANUN: Kişilər zorladığı qadınla evlənəcək

YENİ QANUN: Kişilər zorladığı qadınla evlənəcək
Türkiyə Böyük Millət Məclisinin üzvləri yetkinlik yaşına çatmamış qızları zorlayandan sonra onlarla evlənən kişilərə bəraət verəcək qanunun qəbuluna ilkin razılıq veriblər.

Lakin qanun layihəsində bir "incə məqam" da mövcuddur. Bəraət yalnız o kişilərə şamil ediləcək ki, onlar qızlarla cinsi əlaqədə zor tətbiq etmədən olublar.

BIG.AZ "Azadlıq" radiosuna istinadən xəbər verir ki, qanunun tənqidçiləri deyirlər ki, bu, əslində zorlamanın və azyaşlılarla nikahın qanuniləşdirilməsi deməkdir.

Qərb mətbuatı yazır ki, Türkiyədə qadınlara qarşı zorakılıq son onillikdə xeyli artıb. Ölkədə qadınların 40 faizi cinsi və fiziki zorakılığa məruz qaldığını bildirib.

Habelə rəsmi statistika 2003 və 2010-cu illər arasında Türkiyədə qadınların qətl edilməsinin 1400 faiz artdığını göstərir.

Parlamentə hakim Ədalət və İnkişaf Partiyası – AKP tərfindən təqdim olunmuş layihə məclisdə ilkin razılıq qazanıb.

Qanun layihəsi noyabrın 22-də ikinci oxunuşdan sonra səsə qoyulacaq.

Qərb mediası bildirir ki, bu ziddiyyətli qanun Türkiyə cəmiyyətini dünyəvi və dindar olmaqla iki cəbhəyə bölüb.

Qanun layihəsinin müəllifləri isə deyirlər ki, məqsəd kişiləri düzgün yola dəvət etmək və 18 yaşdan aşağı qızların cəmiyyət tərəfindən qınanması və qısnanmasının qarşısını almaqdır.

Buna baxmayaraq artıq İstanbulun küçələrində bu qanuna etiraz aksiyaları keçirilib. Bir çoxları bildirirlər ki, qanun kişiləri zorlamalara şirnikləndirəcək.

Real praktikada isə bu qanun parlamentdən keçərsə, yetkinlik yaşına çatmamış qızlara qarşı cinsi təcavüzə görə məhkum edilmiş 3 minədək kişinin cinayət işinə xitam verə bilər.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...