"Dedi ki, Eldar Mahmudovun adamıyam"

 
Azərbaycanda gənc rejissor Əli Abbasova qarşı dələduzluq edilib.

Sfera.az xəbər verir ki, barədə AzVision.az-a rejissor özü məlumat verib. Bildirib ki, özünü falçı kimi təqdim edən bir xanım işə düzəltmək adı ilə ondan 4500 manat pul alaraq mənimsəyib.

"İsmayıllı rayonundan olan Şirəliyevə Gülarə Nurəli qızı bizi aldadıb. Anam Qarayev adına xəsətəxanda tibb bacısı işləyən vaxt həmin qadın guya nəvəsini müalicə etdirmək üçün xəstəxanaya gəlib, orada anamla tanış olub. Anamı yaxşı baxıcı olduğuna inandırıb. O, qohumlarının yüksək vəzifədə çalışdığını deyib. Anam ona deyib ki, oğlum incəsənətlə məşğul olur, amma gəliri yoxdur. Həmin qadın Eldar Mahmudovun adamı olduğunu bildirib. Deyib ki, oğlunuzu genaralın sürücüsü kimi işə düzəldə bilərəm. Bunun müqabilində anamdan 2000 min manat pul istəyib. Pulu mən özüm ona təqdim etmişəm. Daha sonra bizdən əlavə 2000 manat da istədi. Dedi ki, səni Milli Məclisə vəzifəyə düzəldirəm. Bunun üçün məni Bakıda Həzrət adlı bir şəxslə tanış etdi. Pulu verdim. Bir müddət sonra bildik ki, bunlar fırıldaqçıdırlar. Həzrət adlı şəxsi 16-cı polis bölməsinə şikayət etdik və polis vasitəsi ilə 2000 min manatımızı geri aldıq. Gülarəyə verdiyimiz 2500 manatı hələ də geri al bilmirik”.

Rejissor dələduzluq faktı ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etdiyini deyib: "Həmin qadını polisə çağırdılar. Qadın yalan danışaraq dedi ki, guya pulu qızının müalicəsi üçün alıb. Yenidən prokurorluğa müraciət etdik. İyul ayından etibarən iş yenidən polis tərəfindən araşdırılır. Gülarə o vaxtdan yoxa çıxıb, tapa bilmirik”.


OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...