Bakı metrosunda QORXULU ANLAR: "Tez olun, qatarları tərk edin" ŞOK!

Bakı metrosunda QORXULU ANLAR:
Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.

Sfera.az xalqxeber.az-a istinadən bildirir ki, qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül" stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov" stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil" stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat təxminən 10:30-da 22 saylı qatarda baş verib: "Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunublar, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb, qatarların hərəkət qrafiki bərpa olunub. Hazırda heç bir gecikmə və problem yoxdur".

OXŞAR XƏBƏRLƏR

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....