Ermənilər onu öldürmək istədilər

Ermənilər onu öldürmək istədilər
"Dedim ki, Qarabağ bizimdir, mən burada öz mahnımı oxuyacağam. Bundan sonra dava düşdü, ölümlə üz-üzə qaldıq”

Əməkdar artist, xanəndə Babək Niftəliyev bir neçə il öncə Tiflis şəhərində keçirilən konsert zamanı ermənilərin ona qarşı törətdiyi təxribatdan söz açıb.
Sfera.az xəbər verir ki, xanəndə AzVision.az-a bildirib ki, həmin vaxt ermənilər onu öldürmək istəyiblər: 

"Şahnaz Həşimova, Mətanət Əsədova, Şahnaz xanımın oğlu və digər müğənnilər konsert proqramı ilə bağlı Gürcüstana səfər etmişdik. Bizə dedilər ki, səhnədə ermənilər həddindən artıq çoxdur. Səhnənin yarıdan çoxu ermənilər idi. Mən beynimdə ayrı bir repertuar seçmişdim. Ermənilərin acığına "Sarı gəlin” mahnısını seçdim. Daha sonra "Qarabağ şikəstəsi”ni oxuyacaqdım. Dedilər ki, bunu oxuma dava düşər. Mən qəbul etmədim, oxuyacağımı bildirdim. Şahnaz xanım oxuduqdan sonra səhnəyə çıxdım. "Sarı gəlin” mahnısını oxuyanda hiss elədim ki, səs rejissoru mənim səsimi yavaş-yavaş alır. İşarə etdim ki, səsimi ver, niyə alırsan ki? Gördüm ki, mənə fikri vermir. Birtəhər oxudum. "Qarabağ şikəstəsi”ni oxuyanda tamamiilə səsimi aldılar. Məcbur qalıb avazla mikrafonsuz oxudum. Bu zaman işığı söndürməyə başladılar. Zal qaranlığa büründü. Bundan sonra aləm bir-birinə dəydi, dava düşdü. Məni və digər sənətçilərimizi ayrı çıxış qapısından uzaqlaşdırdılar. Ermənilər bizi öldürmək istəyirdilər. Həmin vaxt ölümlə üz-üzə qaldıq. 

Məni qınadılar ki, "Qarabağ şikəstəsi”ni oxumamalıydın. Dedim ki, Qarabağ bizimdir, öz mahnımı oxuyacağam. Biz artıq öyrəşmişik. Digər ölkələrdə konsert proqramı ilə çıxış edəndə bilirik ki, zalda ermənilər olacaq. Onların konsertlərimizə gəlməkdə məqsədləri odur ki, musiqimizdən, yeni mahnılrımızdan nəsə oğurlasınlar”.

OXŞAR XƏBƏRLƏR

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....